ABŞ məhkəməsindən şok qərar
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (ANB) amerikalıları dinləməyə və izləməyə davam edə bilər. Bu haqda qərar Vaşinqtonda elektron izləməyə dair keçirilən məhkəmə prosesində çıxarılıb.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, 2001-ci ildə qəbul olunan və “Patriot Aktı” adlanan izləmə proqramının müddəti iyunda başa çatmışdı. Bundan sonra Konqress “Azadlıq Aktı” adlanan sənəd qəbul edərək, proqramın müddətini uzatmışdı.
Məhkəmənin qarşısında qaldırılan sual bu idi ki, Konqresin həmin qərarı vətəndaşların zəngləri haqqında ətraflı məlumat toplamaq üçün icazə sayılırmı? Məhkəmə suala müsbət cavab verib: Bəli, ANB-nin icazəsi var!