İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi - FOTO
İyunun 22-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib.
Yenicag.az xəbər verir ki, ziyafətdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.













