ABŞ İran neftinin hasilatı və satışı üçün 60 günlük lisenziya verdi

media-hightechnic-468x90

ABŞ Maliyyə Nazirliyi İran neftinin hasilatı, satışı, tədarükü və ya yüklənməsinə 60 gün müddətinə (21 avqustadək) icazə verən müvəqqəti lisenziya verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu qərar İsveçrədə ABŞ və İran arasında davam edən məhsuldar danışıqlar zamanı əldə olunmuş razılaşmalar çərçivəsində qəbul edilib.

Bessent həmçinin bildirib ki, İran Hörmüz boğazından azad və maneəsiz tranziti təmin etməyi, eləcə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkəyə buraxmağı öhdəsinə götürüb.

Xatırladaq ki, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında sülh danışıqlarının ilk raundu keçirilib. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner başçılıq ediblər. İran tərəfindən danışıqları parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və xaric işlər naziri Abbas Əraqçi aparıb. Görüş iyunun 18-də prezidentlər Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanmış anlaşma memorandumunun davamı olub. Tərəflər həftənin sonunadək texniki məsləhətləşmələri davam etdirmək və danışıqlar prosesinə nəzarət etmək üçün yüksəksəviyyəli komitə təsis etmək barədə razılığa gəliblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05