Bütün dünya Əfqanıstanda son yaşanan hadisələri izləyərkən Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev “Project Syndicate” saytında yayımlanan məqalədə ABŞ-Rusiya arasındakı anlaşmanın bölgəyə təsirləri haqqında önəmli məlumat verib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur araşdırmaçı-jurnalisti Kayahan Uygur yazıb.
Uygur qeyd edib ki, Otorbayev məqalədə ABŞ və Rusiya liderlərinin iyunun 16-da bir araya gəldiyi Cenevrədə Co Baydenlə Vladimir Putin arasında sözlü razılığa gəlindiyini bildirib.
Belə ki, Putin Baydenə Tacikistan və Qırğızıstandakı rus hərbi bazalarından istifadə üçün şərait yaradacağını bildirib.
Rusiya və ABŞ arasındakı sözügedən anlaşma “əzəli düşmənlər” arasındakı buzları əritməklə yanaşı, bu iki gücün “ortaq düşmən”ə qarşı birləşməsinin də başlanğıcı olub.
Uygur qeyd edib ki, ABŞ-nin Əfqanıstandan çəkilməsi ani alınmış qərar kimi görünsə də, bu, əslində Vaşinqtonun “baş düşmən”inin kimliyində etdiyi dəyişiklikdən qaynaqlanır. Rusiya artıq ABŞ üçün təhlükə yaratmır, bunun əksinə olaraq durmadan böyüyən Çin Vaşinqtonu yeni siyasi yollar axtarmağa vadar edib.
Çin ABŞ-nin gözündə “baş düşmən” olunca Vaşinqton heç tərəddüd etmədən Əfqanıstandan çəkildi. Rusiya “baş düşmən” olduğu zaman ərzində ABŞ Əfqanıstanda idi, terror, əslində bəhanə idi…
Daha ətraflı BURADA