ABŞ-nin İrəvandakı səfirinin açıqlaması Ermənistanda rezonans doğurdu

media-hightechnic-468x90

ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinnin açıqlaması ölkədə böyük rezonans doğurub.

Yenixag.az xəbər verir ki, “ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir”, – deyə səfir qeyd edib.

“ABŞ istənilən növ danışıqların müsbət tendensiya olduğuna inanır. ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır. Biz diqqəti nəqliyyat əlaqələrinə yönəltməyi təklif edirik. İnkişaf etmiş nəqliyyat şəbəkəsi Ermənistanın xeyrinə olacaq və onun 2-3 bazardan asılılığını azaldacaq”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan arasında aparılan danışıqların yekun nəticəsinin tərəflərin maraqlarına uyğun davamlı sülh olmasını istəyir.

Kristina Quinnə bu açıqlamasından sonra az qala “Ermənistanın düşməni” elan ediləcək səviyyədə böyük təzyiqlər var./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600