ABŞ-nin NÜVƏ TƏHDİDLƏRİ: “Tramp kimi mənasız siyasətçi Xruşşovla müqayisə oluna bilər”

media-hightechnic-468x90

 

“İranın nüvə silahına görə vurulması bəhanədir”.

Bu sözləri İran İsrail toqquşması, prosesin dərinləşməsi üçün atılan addımları Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

media-zerdust1

Z. Əlizadə bildirib ki, ABŞ İrana qarşı təcavüzün bilavasitə təşkilatçısı və iştirakçısıdır:

“ABŞ birbaşa İrana qarşı hücumlara qoşulmağa ehtiyat edir. İranın əli çatası yerlərdə ABŞ-nin hərbi bazaları və hərbi qulluqçuları, İran sahillərinə yaxın ABŞ gəmiləri var. İran onların hamısını vura bilər. Hörmüz boğazında İran iri bir gəmini batırıb, boğazı bağlaya da bilər. Beləliklə, neftin qiyməti 150-200 dollara çatacaq. Bu da ABŞ iqtisadiyyatına və əhalisinə ciddi təsir göstərəcək”.

“Donald Tramp məntiqsiz bəyanatlarla çıxış edir. Dünyada çox siyasətçi görmüşəm, amma Tramp kimi mənasız, məntiqsiz siyasətçi Xruşşovla müqayisə oluna bilər. Nüvə silahı boşdur, bunlar bəhanədir. Trampın seçilməsi bir daha göstərir ki, Çörçill haqlı imiş. O, deyirdi ki, demokratiya səfeh quruluşdur, ancaq o biri quruluşlara nisbətən yaxşıdır”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600