Güclü leysan Gürcüstanın Telavi şəhəri su altında qoyub

media-hightechnic-468x90

Gürcüstanın Telavi şəhəri güclü leysan yağışlarından sonra su altında qalıb. Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində şəhərə ciddi ziyan dəydiyini bildiriblər.

Yerli KİV-in məlumatına görə, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxaraq şəhərin bir neçə küçəsini su basıb. Daşqın yaşayış binalarının birinci mərtəbələrini, aptekləri və mağazaları da su altında qoyub.

media-banner_tkm

Bundan başqa, torpaq sürüşməsi nəticəsində Telavidəki körpülərdən biri dağılıb. Təbii fəlakət səbəbindən şəhərdə qaz və elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05