ABŞ onun yerini deyənə 5 milyon vəd etdi
ABŞ Dövlət Departamenti Meksikanın “Sinaloa” narkokartelinin liderlərindən biri olan Xuan Xose Ponse Feliksin tutulması ilə bağlı məlumat verən şəxsə 5 milyon dollar mükafat təklif edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə departamentin mətbuat katibinin müavini Tommy Pigott məlumat yayıb.
“Bu mükafat təklifi ABŞ-nin narkotik kartelinin liderlərini məsuliyyətə cəlb etmək və transmilli cinayətləri pozmaq öhdəliyini əks etdirir “, – bəyanatda deyilir.
Məlumata görə, kartel fentanil, kokain, heroin, marixuana və metamfetamin istehsal edib ABŞ-də paylayır. Kartelin rəhbəri Feliks əvvəllər çirkli pulların yuyulması, həmçinin narkotik və silah ittihamı ilə ittiham olunub./unikal