ABŞ peyklərin işinə mane olmaq üçün silah əldə edəcək

media-hightechnic-468x90

ABŞ Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərinin işinə mane olmaq üçün silah əldə edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Meadowlands” adlanan sistem “L3Harris” tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System” müdaxilə generatorunun yüngül versiyasıdır.

ABŞ kosmik sistemlərinin komandanlığı “Meadowlands”ın bütün sistem sınaqlarının sentyabr ayında tamamlandığını bildirib. 2025-ci ilin birinci rübündə ilk beş kompleksin nə vaxt işlək vəziyyətə gətirilə biləcəyi müəyyənləşdiriləcək.

Ümumilikdə ABŞ ordusu 32 “Meadowlands” kompleksi əldə etmək niyyətindədir./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600