ABŞ Rusiyanı Şimali Koreya raketlərindən istifadə etməkdə ittiham edib

media-hightechnic-468x90

Rusiya Ukraynaya hücum etmək üçün KXDR-dən aldığı raketlərdən istifadə edir.

Yenicag.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, Rusiya bu raketlərdən birini dekabrın 30-da, digərini isə yanvarın 2-də buraxıb.

ABŞ hesab edir ki, Rusiya KXDR-in təqdim etdiyi raketlərə arxalanır.

Kirbi həmçinin bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə Pxenyan arasında iddia edilən silah müqaviləsi məsələsini BMT Təhlükəsizlik Şurasında qaldıracaq və Rusiya Federasiyası, İran və KXDR arasında transferlərin təmin edilməsinə kömək edənlərə qarşı sanksiyalar tətbiq edəcək/Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa