!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ukraynaya Rusiyanı vurmağa İCAZƏ VERDİ: “Dünya müharibəsi başlaya bilər”

!Reklam – Yazi

“Rusiyanın daxilinə uzaq mənzilli raketlərlə zərbə endirilməsinə ABŞ tərəfindən razılıq verilməsi müharibənin yeni mərhələyə keçməsi anlamına gəlir. Bu mərhələ çox təhlükəli olacaq. Rusiya Prezidenti Vladimir Putin də bunu NATO-nun birbaşa Rusiyaya müdaxiləsi olacağı anlamına gələcəyini bəyan etdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ABŞ-nin Ukraynaya Rusiyanın daxilinə uzaq mənzilli raketlərlə zərbələrin endirilməsinə icazə verməsinin pərdəarxası məqamlarına toxunub.

Analitikin fikrincə, görünən odur ki, Bayden gedərkən müharibəni elə məcraya yönəltmək istəyir ki, onun dayandırılması praktiki olaraq asan olmasın, hətta geridönməz hal alsın:

“Məsələ ondadır ki, Moskva bu durumda NATO ölkələrinə edəcəyi həmlə ilə dünya müharibəsini başlada bilər. Yəni Bayden seçkidə məğlubiyyətin acısını Trampdan belə çıxmağa çalışır, Ukrayna isə çoxdan istədiyi arzusuna çatır. Böyük Britaniya və Fransanın da eyni razılığı verdiyi deyilir”.

Onun sözlərinə görə, Rusiyanın dərinliklərinə endiriləcək raket zərbələri müharibənin gedişini dəyişəcək, Rusiya daha da aqressivləşəcək və Ukraynanın şəhərləri daha böyük zərbələrə məruz qalacaq:

“Hesab edirəm ki, Trampın hakimiyyətə gəlməsinə iki ay qalmış vəziyyətin nəzarətdən çıxması böyük ehtimaldır. Müharibə elə fazaya keçəcək ki, sülh danışıqları üçün heç bir zəmin qalmayacaq. Təbii ki, Tramp Ukraynaya yardımları dayandırsa, onların vəziyyəti pisləşə bilər, lakin Böyük Britaniya və Avropa məcbur Ukraynaya yardım edəcəklər. Amma bu qarşıdurmadan Rusiyanın qələbə ilə çıxması mümkün olmayacaq”.

Rafi Müslümov

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv