ABŞ vətəndaşlıq üçün müraciət edənlərə tarix imtahanını bərpa edəcək

media-hightechnic-468x90

ABŞ hökuməti ABŞ vətəndaşlığı üçün müraciət edən əcnəbilərin Birləşmiş Ştatlarda hökumətin tarixi və prinsipləri haqqında biliklərini təmin etmək üçün test imtahanını bərpa edir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu haqda Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı bildirişdə deyilir.

“ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri 2020-ci ilin vətəndaşlıq imtahanını bərpa edir. Belə ki, əcnəbilərin ABŞ tarixinin əsasları və hökumətin prinsip və forması haqqında bilik və anlayış nümayiş etdirmələri qanunvericilik tələbinə uyğundur”, – bildirişdə qeyd olunur.

Bildirişdə həmçinin qeyd olunur ki, yeni tələblər oxuma, yazma, danışıq və anlama daxil olmaqla mövcud ingilis dili testlərini dəyişmir.

Sənəddə o da bildirilir ki, bu sınaq 2020-ci il dekabrın 1-dən 2021-ci il aprelin 30-dək qüvvədə olub. Daha sonra ABŞ administrasiyası əcnəbilər üçün imtahanları 2008-ci il versiyasına qaytarıb.

Qeyd edək ki, 2025-ci ildə tətbiq ediləcək yenilənmiş testdə əcnəbilərə 20 əlavə sual veriləcək, onlardan ən azı 12-nə düzgün cavab verməsi tələb olunacaq./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05