Abubakardan sonra bu məşhur da “Neftçi”yə gəlmək istəyir

media-hightechnic-468x90

“Fənərbağça”nın futbolçusu Cenk Tosun karyerasını Azərbaycanda davam etdirə bilər.

Yenicag.az Azərtac-a istiandən xəbər verir ki, İstanbul klubunda baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas heyətdən kənarlaşdırılan 34 yaşlı hücumçu özünə yeni komanda axtarır.

Türkiyə millisinin sabiq üzvü “Neftçi”yə keçmək istəyir. Təcrübəli forvard vaxtilə “Beşiktaş”da birlikdə oynadığı Vensan Abubakarın Bakı klubuna transferindən sonra Misli Premyer Liqasında oynamağa müsbət yanaşır. Kamerunlu hücumçu ilə yaxşı münasibətləri olan türkiyəli futbolçu onunla yenidən komanda yoldaşı olmaq istəyini dilə gətirib.

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin “Ayntraxt”, Türkiyənin “Qaziantepspor”, İngiltərənin “Everton” və “Kristal Pelas” klublarının da formasını geyinib. Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa