!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ac qarına sevgi olmur” DEYƏNLƏR: Əsl hisslər NİYƏ QEYBƏ ÇƏKİLİB?

!Reklam – Yazi

“İndi Leyli-Məcnun sevgisi yoxdur”, “sevgiyə inanmıram”, “indiki sevgilər üçgünlük, beşgünlükdür”, “indi sevgilər təmənna, maddiyyat üzərində qurulub”, “Ac qarına nə sevgi”… Son vaxtlar gənclərin dilindən bu ifadələrə tez-tez rast gəlirik. Əvvəlki sevgilərin olmadığını, saf, səmimi münasibətlərin azaldığını etiraf edərək, sevgi hisslərinə inamlarının azaldığını deyilər. Bəs, görəsən, gənclərin bu qənaəti nədən qaynaqlanır? Həqiqətən, indi əsl sevgilər azdır? Elədirsə, sevgini korşaldan səbəblər hansılardır?

“Əsl sevgi hər zaman olub, olacaq da” deyən tanınmış psixoloq Ülviyyə Murtuzova Yenicag.az-la söhbətində sevgi anlayışına münasibətin dəyişməsinin səbəblərini açıqlayıb:

“Sevgi, saf duyğular hər zaman olub, olacaq da. Sadəcə olaraq müəyyən yanaşmalar, primitiv münasibətlər təmiz və saf duyğuları kölgədə qoydu. Təəssüflər olsun ki, bu gün gənclər arasında rəftar, bir-birinə qarşı ünsiyyətin fonunda münasibətlər getdikcə tənəzzülə uğramağa başlayıb. Dürüstlük, etibar, güvən, insan hissləri getdikcə azalır. Bunun da səbəbləri var. İnsanların maraq dairəsi əks istiqamətə gedir. Hər şeyi maddiyyat və sosial məsələlər üzərindən görməyə başladıqca, insanlar arasında səmimiyyət və saf münasibətlər arxa plana keçməyə başladı. Sosial təminat, əldə olunan gəlirlər, gündəlik həyat tərzi – bunlar insanın birbaşa yaşam həyatının təməl sütunudur”.

“Təbii ki, hər gün bu barədə düşüncə və axtarışlar, “ac qarınla, ac beyinlə sevgi hara qədər yürüyər” kimi fikirlərin meydana gəlməsinə təkan verdi. “Münasibət pula, maddiyyata satılmaz” deyilsə də, insanlar artıq bunu qəbullana bilmədilər. Çünki onlar artıq bu düşüncəni özlərində bloklayıblar. Təəssüflər olsun ki, tam səmimi münasibəti olan insanlar artıq bu münasibəti etiraf etməkdə geri çəkilməyə başladılar. Onlarda özgüvən və dəyərsizlik o qədər aşağı düşdü ki, artıq sosial təminatı bir az yaxşı olan bir xanıma həqiqətən də yaxınlaşmağa cəsarət tapa bilmirlər”, – deyə o, əlavə edib.

“Cəsarətsizlik anlayışı ortaya çıxdı və içlərində olan sevgini boğmağa başladılar. Bu yanaşmalar artdıqca və bu sevgilər daxildə boğulduqca, sevgi hiss özü burulğan düşməyə başladı. Demək ki, biz əvvəlki düşüncəyə qayıtmaqla sevgini bu burulğandan xilas edə bilərik. Amma bu düşüncəyə qayıtmağa nə maraq var, nə də axtardığımız nələrinsə tapıntısı. Buna görə də sevginin getdikcə formasını dəyişməsi acı gerçək olsa da normal hesab olunur”, – deyə psixoloq fikirlərini yekunlaşdırıb.

Cəvahir

www.yenicag.az

771
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv