Messi dünya çempionatları tarixində ilkə imza atdı

media-hightechnic-468x90

Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, 39 yaşlı futbolçu mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçu olub.

Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub.

Onun məhsuldar ötürməsini Aleksis Makallister qola çevirərək Argentina yığmasını 1:0 hesabı ilə önə çıxarıb.

Qeyd edək ki, Messi əvvəlki mərhələdə Misir millisi ilə qarşılaşmada (3:2) dünya çempionatlarında məhsuldar ötürmələrin sayına görə həmyerlisi Dieqo Maradonanı geridə qoyaraq bu göstərici üzrə rekordçu olmuşdu.

Hazırda ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Lionel Messi karyerası ərzində PSJ və “Barselona”nın da formasını geyinib.

O, Argentina millisinin heyətində 2022-ci il dünya çempionu, 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. Futbolçu, həmçinin rekord sayda – 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05