!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Açıq-aşkar saxtakarlığa əsaslandığının şahidi olduq”

!Reklam – Yazi

oqtay3“Avropa Parlamenti Azərbaycana qarşı dəfələrlə qərəzli qətnamələr qəbul edib. Lakin bu dəfə bütün sərhədləri keçdilər”.

Bu sözləri Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən növbədənkənar plenar iclasda deyib.

O.Əsədov bildirib ki, Avropa Parlamenti bu qətnamə ilə bütün davranış qaydalarını pozub: “Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatların da açıq-aşkar saxtakarlığa əsaslandığının şahidi olduq”.

Qeyd edək ki, Avropa Parlamenti (AP) bir neçə gün əvvəl Azərbaycanla bağlı qətnamə qəbul edib. Liberal-demokratlardan ibarət fraksiyanın (ALDE qrup) hazırladığı qətnamədə Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının pozulduğu, normal seçki mühitinin olmadığı iddia olunur və Avropa Xarici Siyasət İdarəsi ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etməməyə çağırılır. Qətnamədə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqinə də çağırışlar edilir(aznews).

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv