Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Açıq havada işləyən restoranlarda COVID-19 pasportu tələb ediləcək? - AÇIQLAMA

“Bu gündən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara yalnız COVID-19 pasportu olduğu halda buraxılacaq”.

Yenicag.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ictimai iaşə müəssisələrinin, iri ticarət mərkəzlərinin və mehmanxanaların xidmətlərindən vaksinin hər iki dozasını vurduran və COVID-19 pasportu ilə təmin olunan şəxslər istifadə edəcəklər:

“Bu məsələ barədə ötən gün elektron hökumət portalının nümayəndələri də açıqlama verib. Həmin müəssisədə çalışan işçi heyətindən isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, oktyabr ayının 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir”.

E.Hacıyev qeyd edib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara şamil edilmir:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pasportu tələbi yalnız qapalı məkanlara aiddir”.

Qeyd edək ki, gözəllik salonlarında, ictimai nəqliyyatda, bərbərxanalarda və marketlərdə COVID-19 pasportu tələb olunmur.

www.yenicag.az

184
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100