!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Adil Əliyev idmançılara xeyir-dua verdi

!Reklam – Yazi

804579_1187108431305237_812957107_nAzərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Serbiyanın Belqrad şəhərində keçiriləcək WAKO-nun Dünya Çempionatında təmsil edəcək milli komandanın üzvləri ilə görüşüb.

Görüşdə Bakı 2015 Avropa Oyunlarının karate üzrə ilk mükafatçısı İlahə Qasımova da iştirak edib.

Millət vəkili kikboksçulara uğurlar arzulayıb və idmançıların son illər beynəlxalq yarışlarda yaxşı nəticələr əldə etdiklərini qeyd edib.

“Kikboksçularımızdan uğurlar gözləyirik. Federasiyasımızın böyük idmançı böyük idmançı potensialı var. Ölkə rəhbərliyi tərəfindən idmanımızın inkişafına qayğı göstərilir”.

Vitse-prezidentlər Güloğlan Cabbarov, Səbuhi Rəcəb, federasiyasının baş katibi Oruc Məmmədli,milli komandanın rəisi Sadıq Bağırov, idarə heyətinin üzvü Emin Seyidov, baş məşqçi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov, tanınmış kikboks məşqçilər Hakim Hacıyev, Fuad Zeynalov, Eduard Məmmədov,Aydın Nəcəfzadə və başqaları çıxış ediblər.

Onu da qeyd edək ki, 24 oktyabr 1 noyabr 2015-ci il tarixində Serbiyanın Belqrad şəhərində WAKO-nun kikboks üzrə Dünya Çempionatı keçiriləcək. Federasiya çempionatda Azərbaycanı 34 heyətlə təmsil edəcək. Bunlardan 25 kikboksçu, 9 isə nümayəndə heyəti olacaq.

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv