AFFA apellyasiya şikayətini qəbul etmədi

media-hightechnic-468x90

Azərbaycanın II Liqa təmsilçisi “Kür-Araz” klubunun oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Yenicag.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı II turda “Göygöl”lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, “Göygöl” və “Kür-Araz” klubları arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə E.Məmmədov 4 oyun cəzalanıb. “Kür-Araz” klubu isə 1000 manat cərimələnib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa