AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya etdi

media-hightechnic-468x90

AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

1 iyun 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Universal Football Academy-Səbail PFK oyununda Universal Football Academy komandasının heyətində N10 futbolçu Raul İzzətov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə 4 oyun cəzalansın (maddə 43.3);

1 iyun 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Xan Futbol Klubu-Səbail PFK oyununda Səbail PFK komandasının heyətində N3 futbolçu Yusif Əliyev qarşılaşmanın 20-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 39.1);

31.05.2025-ci il tarixində AFFA U-13 Qızlar Liqasının yarımfinal cavab oyunu “Səbail PFK-Sumqayıt PFK” oyununun 30-cu dəqiqəsində Sumqayıt PFK komandasının baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna, 1ci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4)/report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600