AFFA-nın adamı “Sumqayıt”a prezident təyin edildi

“Sumqayıt”ın yeni prezidentinin adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki. bu, Riyad Rəfiyevdir.

Bu barədə Müşahidə Şurasının iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Riyad Rəfiyev bu təyinatadək AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru vəzifəsində çalışıb. O, “Sumqayıt”ın prezidenti vəzifəsində Kamran Quliyevi əvəzləyib. K.Quliyev fevralın 16-da “Neftçi”yə prezident təyin olunub.

Maraq üçün bildirək ki, hər iki şəxs AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilir.