!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağ Ev İslamı həzm edə bilmədi – İki universiteti hədələdi

!Reklam – Yazi

Amerikanın Şimali Karolina və “Duke” universitetlərində İslamla bağlı aparılan araşdırmalara ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən veto qoyulub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmada İslamın müsbət tərəflərinin öz plana çəkildiyini bildirən Ağ Ev hər iki universiteti fondun maddi dəstəyini geri çəkməklə hədələyib.

Tramp hökuməti Şimali Karolina və “Duke” universitetlərinin ortaq şəkildə gerçəkləşdirdiyi Orta Şərq araşdırmalarına dəstək olan fonddan sui-istifadə edildiyini və İslamın daha çox müsbət tərəflərinin önə çıxarıldığı iddia edib.

ABŞ Təhsil Nazirliyi 29 avqust tarixində hər iki universitetə göndərdiyi məktubunda araşdırma layihəsi ilə bağlı edilən təkliflərin sentyabrın 22-nə kimi dəyişdirilməsini, əks halda onlara verilən maddi dəstəyin kəsiləcəyini bildirib.

Məlumatda qeyd edilir ki, sözügedən araşdırma ötən il 235 min dollar maddi yardım alıb.

Firuzə Alimova

www.yenicag.az

1676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv