Ağcabədidə avtomobil yandı
Ağcabədi rayonunun Hindarx qəsəbəsində “ВАЗ” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.