!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamda "heyvan bazarı" - Sahibkarlar dövlət yardımından niyə imtina edir?

!Reklam – Yazi

Bir müddətdir ki, sahibkarlığın inkişafı ilə bağlı olaraq kəndlilərə heyvan, mal-qara verirlər.

Dövlət tərəfindən hər adam başına 5500 manatlıq smeta ayrılır və həmin məbləğin dəyərində heyvan verilir.

Ağdam rayon sakinlərinin Yenicag.az-a verdiyi məlumata görə, erkək dana əvəzinə dişi buzov verib zorla da imza çəkdirirlər ki, erkək heyvan veriblər.

Əldə etdiyimiz məlumata görə, bu işlərin başında Ağdam Məşğulluq Mərkəzinin direktoru Elşən Rüstəmov dayanır.

İddiaya görə, Elşən Rüstəmov vətəndaşlardan əvvəlcədən 500 manat istəyir. Onun bu pulu tələb etməsinin səbəbi də belə izah olunur “500 manatı yuxarı verəcəm ki, sənəd təsdiq olunsun və nəticədə sizə heyvan verilsin”.

Şikayətçilərin sözlərinə görə, pulu verən heyvanı götürə bilir. Verməyən isə yox. Bir sözlə “heyvan bazarı” açılıb.

Şikayətçilər bildirir ki, balaca dişi buzovları ətlik dana adına vətəndaşlara verirlər. Verilən 4 heyvandan 2-ni vətəndaş özü seçə bilərsə, digər 2-ni isə özləri verirlər. Məşğulluq Mərkəzinin verdiyi heyvanlardan qazanc əldə etmək isə mümkün deyil.

Rayon sakinlərinin sözlərinə görə, Məşğulluq Mərkəzinin özbaşınalığına görə dövlətin ayırdığı bu yardımdan çoxları imtina edir.

Qeyd edək ki, məsələ ilə bağlı Məşğulluq Mərkəzi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Səxavət Məmməd

www.yenicag.az

5262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv