!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Agentlik rəhbərindən inanılmaz “SIÇRAYIŞ”: 539 avrodan 59 min avroya çatdırılan “inkişaf dinamikası” - ARAŞDIRMA

!Reklam – Yazi

Azərbaycanda yüksək dövlət postu tutan məmurun xaricdəki biznesinin “çiçəkləndiyi” bildirilir.

Yenicag.az xəbər verir ki, xaricdə yaşayan tədqiqatçı-jurnalist Cavanşir Həsənli bu dəfə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qorxmaz Təhməzlinin Avropada qurduğu biznesinin “inkişaf dinamikası”nı araşdırıb.

Jurnalistin bu barədə sosial şəbəkə hesabında yayımladığı qeydləri təqdim edirik:

“Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qorxmaz Təhməzli 2017-ci ilin dekabrında bu vəzifəyə təyin olunandan onun Slovakiyadakı şirkətinin gəlirlərində əhəmiyyətli artım olub.

2017-ci ildə gəlirlər 539 avrodan 2018-ci ildə 26 min 886 avroya, ötən il isə 59 min 307 avroya qədər yüksəlib.

Təyinatdan sonra cənab Təhməzli Bratislavadakı Saffran S.R.O-nu keçmiş AMİP-çi, professor Nazim İmanovun oğlu Cavidan İmanovun və Ukrayna vətəndaşı Svetlana Palamrçukun adına keçirmişdi.

Yeri gəlmişkən, Agentlik rəhbərinin Ukraynadakı eyniadlı şirkəti həmin ildən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Gilan Tekstil” şirkətinin məhsullarını bu ölkədə satmaq hüququnu əldə edib.

Vəzifə öz rolunu oynayır”.

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv