Agentlik təbii mineral suların idxalı ilə məşğul olan sahibkarlara müraciət etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq Qərarı ilə “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” təsdiq edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, həmin Qaydalar Azərbaycan ərazisində yeraltı mineral su obyektindən çıxan və əhalinin qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda, mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir.

Qaydalar Kodeks Alimentarius Komissiyasının “Mineral sulara dair standart CXS 108-1981”, Avropa İttifaqının 2009-cu il 18 iyun tarixli 2009/54/EC nömrəli və 2003-cü il 16 may tarixli 2003/40/EC nömrəli sənədləri əsas götürülərək hazırlanıb.

“Təbii mineral suların qeydiyyatı və etiketinə dair tələblər müvafiq olaraq “Qida təhlükəsizliyi haqqında” Qanunun 17 və 25.1.6, AQTA Kollegiyasının müvafqi Qərarının 6-ci bəndinə əsasən həyata keçirilməlidir. Təbii mineral suların istehsalı və idxalı zamanı həmin Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara uyğunlaşdırılması işinə ciddi töhfə verəcək”, – deyə məlumatda vurğulanıb.

Qaydalarla ətraflı linkdən tanış olmaq mümkündür.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa