ABŞ-də isti hava ölüm hallarını artırdı

media-hightechnic-468x90

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən “NBC News” məlumat yayıb.

Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb – 22 nəfər.

“Ölənlər, əsasən, 30-80 yaş arası insanlardır. Ölüm halları 10 dairədə, əsasən, ştatın mərkəzi və şimal hissələrində qeydə alınıb”, – ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evais bildirib.

“Daha bir nəfər İllinoysda, iki nəfər isə Missisipidə ölüb”, – telekanal dəqiqləşdirib. Onların bir çoxu kondisionersiz evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.

Anormal istilər iyulun 4-də Vaşinqtonda Müstəqillik Gününün qeyd olunmasına da təsir edib. Milli xiyabandakı şənliklərin bəzi iştirakçılarına tibbi yardım tələb olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05