!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ağıllı” cihazların insan orqanizminə ZƏRƏRİ: “Saatlarla kompüter arxasında oturmaq və...”

!Reklam – Yazi

“Kompüter və mobil telefonlarda olan şüalanma insan orqanizimində bir çox fəsadların yaranmasına səbəb olur”.

Bu fikirləri mobil telefonlarda olan şüalanmanın orqanizmə mənfi təsirləri haqda danışan həkim-terapevt Şahvələd Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, insanların saatlarla kompüter arxasında oturması orqanizmdə ciddi fəsadlara səbəb olur:

“Kompüter və mobil telefondan istifadənin insan orqanizminə mənfi təsiri müasir dövrün ən aktual problemlərindən biridir. İndiki dövrdə insanların, xüsusilə, gənclərin çoxu mobil telefonlardan və kompüterlərdən asılı vəziyyətdədir. Ancaq nəzərə alınmalıdır ki, kompüterlərdə və mobil telefonlarda olan şüalanma insan orqanizimində bir çox çatışmazlıqların yaranmasına səbəb olur.

İnsanların saatlarla kompüter arxasında oturması, kalsium, D vitamini, mikroelementlərin israfına və beyində qan dövranının pozulmasına səbəb olur. Bu gün kompüter və mobil telefondan saatlarla istifadə gənclərdə yaddaş pozğunluğu, görmə zəifliyi yaradır, yaşlılarda bir çox onkoloji xəstəlikərin güclənməsinə səbəb olur və şəkərli diabeti xəstələrində də bir sıra fəsadlar törədir.

Həmçinin radiololji müayinələrin, rentgen, maqnit rezonans (MR), xüsusilə də kompüter tomoqrafiya müayinəsinin insan sağlamlığına ciddi zərər vurduğu məlumdur. Kompüter tomoqarfiyası yüksək dozada şüalanma verir. Buna görə də biz həmişə çalışırıq ki, xəstələrin diaqnostikasında bu tomoqrafiyadan mümkün qədər az istifafə edək”.

Nuray Məmmədzadə

www.yenicag.az

2033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv