Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Vətən müharibəsi qazisi Anar Şəfiyevə həsr olunub.
Yenicag.az xəbər verir ki, Sumqayıtda doğulub boya-başa çatan Anar Füzuli, Hadrut, Cəbrayıl, Xocavənddə gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə ağır yaralanaraq, kəllə-beyin travması alıb.
A.Şəfiyev videomüsahibəsində hazırda müalicə olunduğunu deyib. O, maddi durumunun ağır olduğunu bildirib. Köməyə ehtiyacı olan qazimiz əlaqədar qurumlara və imkanlı şəxslərə müraciət edib.
Videonu təqdim edirik: