Saxlanılan Qriqol Liluaşvili barədə qərar verildi

media-hightechnic-468x90

Tiflis Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvilini qətimkan tədbiri olaraq həbs cəzasına məhkum edib.

Yenicag.az xəbər verir ki, qərar dekabrın 24-də axşam saatlarında elan edilib.

İş üzrə məhkəməyəqədərki iclas 16 fevral saat 12:00-a təyin edilib.

Məhkəmə iclası ittiham tərəfinin vəsatəti ilə qapalı keçirilib. Təqsirləndirilən şəxs Qriqol Liluaşvili məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili dekabrın 23-də saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsinin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutan maddələri ilə təqsirli bilinir. Günahı sübuta yetirilərsə, sabiq DTX rəisini 11 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa