Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu

media-hightechnic-468x90

Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

Yenicag.az report-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa