!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır itkidən sarsılan xalq artisti: “Son nəfəsində də…”

!Reklam – Yazi

“İnsanı yaşadan arzulardır. Son nəfəsində də arzulayır ki, sağalaydım, bir kəlmə də olsa danışa biləydim. Oğlumun, nəvəmin əlini sıxa biləydim”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti Valeh Kərimov dünən dünyasını dəyişən sənət dostu Ramiz Əzizbəyli ilə bağlı kədərini bölüşərkən deyib.

Aktyor həmkarının Azərbaycan milli kinosunda xidmətlərindən, sənətə, həyata sevgisindən danışıb.

“İnsanı yaşadan arzulardır. Son nəfəsində də arzulayır ki, sağalaydım, bir kəlmə də olsa danışa biləydim. Oğlumun, nəvəmin əlini sıxa biləydim. Bunların hamısını Allah Ramiz Əzizbəylidən aldı. Bir müddət ağır xəstə yatdı. Heç bilmirəm bu qədər əzab-əziyyət ona niyə qismət oldu. Çox əziyyət çəkdi, həyatla ölüm arasında qaldı. Heç ölmək istəmirdi, yaşamaq həvəsi çox güclü idi. Ramiz enerji dolu, pozitiv, yumoru sevən bir insan idi. Özünü şüurlu surətdə sənətə həsr edən insan idi. Filmlərdə oynadığı bütün obrazları, eləcə də rejissor kimi çəkdiyi filmlər yaddaqalan oldu. O, hərtərəfli istedad idi. Eyni zamanda gözəl dost idi.

Onun çəkdiyi məşhur “Bəxt üzüyü” filmində baş rolda çəkilmişəm. Var elə rejissorlar, çəkiliş meydançasında öz hökmünü göstərir ki, mən deyən olmalıdır. Bir cümlənin belə dəyişməsinə icazə vermir. Amma Ramiz belə deyildi. Ramizə deyirdik ki, bu kadrı bəlkə belə edək, bu sözü bəlkə mətnə əlavə edək, dərhal razılaşırdı”.

Cəvahir

www.yenicag.az

1105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv