Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağır xəstəni xilas etmək istədi, təcili yardım maşını radara düşdü - VİDEO

Ağdaş Mərkəzi Xəstəxanasından Gəncəyə köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını radara düşərək 310 manat cərimələnib.

Yeniçağ.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sürücü Rüfət Hüseynov belə hadisənin ilk dəfə başına gəldiyini bildirib.

O qeyd edib ki, xəstəni Ağdaşdan Gəncəyə apardıqları müddətdə təcili yardım maşınının sayrışan işıqları və digər xəbərdarlıq vasitələri təlimata uyğun olaraq işlək vəziyyətdə olub.

“Ağır dialez xəstəsi idi. Çox həyəcanlı və çətin vəziyyətdə onu Gəncəyə aparmışıq. Beş dəqiqə gec getməyimiz xəstənin ölümünə səbəb ola bilərdi”, – deyə o bildirib.

Təcili Yardım Stansiyasının qaraj müdiri Müzəffər Zakirov belə xidməti avtomobillərin insan həyatını xilas etmək üçün işlədiyini xatırladıb. Buna görə də, o, aidiyyatı qurumları təcili yardım maşınlarının fəaliyyətinə dəstək olmağa çağırıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, qanunvericiliyə görə təcili tibbi yardım maşınları iş başında olarkən yol hərəkəti qaydalarının tələblərindən kənara çıxa bilərlər. Əgər həmin təcili yardım maşını sayrışan işıqlarını yandıraraq hərəkət edibsə və müəssisənin rəhbərliyi də həmin vaxt o avtomobilin xidməti vəzifə icra etdiyini təsdiq edirsə, onda cərimə protokoluna xitam verilməlidir.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

418
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100