Ağstafada gənclərlə görüş keçirildi – FOTOLAR

1998-ci ilin 8-12 avqust tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq konfransda qəbul olunmuş müvafiq qərara əsasən hər il avqustun 12-si tarixi dünyada “Beynəlxalq Gənclər günü” kimi qeyd olunur.

Yenicag.az xəbər verir ki, gənclərin nailiyyətlərini təbliğ və cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təmin etmək məqsədilə qeyd olunan bu gün münasibətilə Ağstafada gənclərlə görüş keçirilib.

Belə ki, Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bir qrup yeniyetmə və gənclərlə görüşüb.

Tədbirdə respublika və beynəlxalq səviyyəli idman yarışlarında yüksək nəticələr əldə etmiş bir qrup ağstafalı yeniyetmə və gənclər müvafiq fəxri fərman, diplom və hədiyyələrlə təltif olunub. Təltif olunanlar öz növbəsində ölkəmizdə idmana, gənclərə göstərilən xüsusi dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə ediblər.