!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı - FOTO

!Reklam – Yazi

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum şəxslərin qanunsuz olaraq daxil olduğu, ev sahibini ölümlə hədələyərək 250 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etmələri barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıb.

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayon sakininə məxsus evdən 39000 manat nağd pul eləcə də paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları da oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv