!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ bu dəfə də Makronu QABAĞA ATDI – Trampa qarşı cəbhə BÖYÜYÜR

!Reklam – Yazi

“Fransa prezidenti Emmanuel Makronun Avropada fərqli və daha müstəqil bir rol oynamağa çalışması uzun müddətdir ki, diqqətçəkən bir mövzudur. Makron Avropanın daha güclü, daha inteqrasiya olunmuş və xüsusən də ABŞ-nin təsirindən daha az asılı olan bir qitə olmasını istədiyini tez-tez vurğulayır”.

Bunu Yenicag.az-la söhbətində politoloq Azər Hüseynov deyib.

Analitik Fransa prezidenti Emmanuel Makronun Parisdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşü çərçivəsində Parisin Ukrayna məsələsi ilə bağlı Vaşinqtona göndərdiyi mesajları şərh edib.

Həmsöhbətimiz əmindir ki, Fransa rəhbərinin bu yanaşması Avropanın geosiyasi müstəvidə daha müstəqil və öz maraqlarını müdafiə edə bilən bir tərəfdaş olmasını təmin etməyi hədəfləyir:

“Makronun bu məqsədini həyata keçirmək üçün atdığı addımlar arasında Avropa İttifaqının hərbi potensialını gücləndirmək, xüsusilə Çin və Rusiya ilə münasibətlərdə Avropanın özünü daha yaxşı qorumasını təmin etmək üçün təşəbbüslər yer alır. Makronun son zamanlar Almaniya kansleri Olaf Şolz ilə münasibətlərində və Avropa İttifaqı daxilində liderlik rolunda daha fəal olmağa çalışması da onun bu niyyətlərini ortaya qoyur. Amma Avropa, xüsusən də daha da müxtəlifləşən siyasi və iqtisadi strukturları nəzərə alındığında, vahid bir mövqe sərgiləməkdə çətinlik yaşayır. Avropa İttifaqı ölkələrinin bir çoxunun fərqli strateji maraqları və təcrübələri mövcuddur ki, bu da təbii olaraq Avropanın birləşərək hər hansı bir məsələyə qarşı eyni yanaşma sərgiləməsini çətinləşdirir”.

“Amerika ilə əlaqələrə gəldikdə, Makronun sərt ritorikası və xüsusilə son vaxtlar ABŞ ilə qarşıdurmalarının arxasında bir strateji cəhət durur. Onun Orbanı qəbul etməsi və ABŞ-nin beynəlxalq səhnədəki rolunu tənqid etməsi Avropanın özünümüdafiə etmək və daha müstəqil bir mövqe tutmaq istəyini vurğulayan addımlardır. Makronun son zamanlar Amerika ilə olan əlaqələrində daha sərt bir dil istifadə etməsi, xüsusən də Tramp dönəmindəki Avropanın Amerika ilə olan əlaqələrinin bir qədər gərginləşməsi Avropanın öz maraqlarını təmsil etmək üçün yeni yollar tapma cəhdidir”, – deyə o, əlavə edib.

Ancaq siyasi təhlilçi onu da söyləyib ki, indiki məqamda Avropanın vahid bir mövqedə birləşməsi hələ də çətindir:

“Donald Trampın prezidentliyi dövründə ABŞ, xüsusən Avropa ilə olan münasibətlərində daha güc əsaslı bir yanaşma sərgiləyir. Tramp Avropa ölkələrinin Amerika ilə bərabər ölçüdə güc sahib olmağını istəmədiyi və onların hərəkət etməməsi üçün müəyyən sərt tələblər qoyur. Bu yanaşma isə Avropadakı ölkələrin birləşərək vahid bir mövqe ortaya qoymalarını çətinləşdirir. Trampın siyasəti daha çox təzyiq və güc oyunları üzərində qurulub ki, bu da Avropanın siyasi rəngarəngliyi və müxtəlifliyi ilə uyğunlaşmır. Odur ki, bu, çox böyük ölçüdə Avropanın hər bir üzv dövlətinin öz maraqlarını necə qorumağa çalışacağından asılı olacaq”.

Rafi Müslümov

www.yenicag.az

103
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv