"Aİ Ermənistanı gözləyir, yoxsa ondan istifadə etmək istəyir?" - Zaxarova
“Aİİ-yə qoşulmağın erməni xalqı üçün faydaları danılmaz və aşkardır və Brüsselin əsassız vədləri ilə müqayisə olunmazdır”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Böyük sual ondan ibarətdir ki, Aİ ümumilikdə Ermənistanı gözləyir, yoxsa indiki mərhələdə ölkədən əlverişli geosiyasi alət kimi istifadə etmək istəyir? Aİİ-nin faydaları konkret rəqəmlərdə və faktlardadır və Brüsselin kimi və necə aldatdığı da hamıya məlumdur.
Hazırda Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsindən söhbət getmir və üzvlük onilliklər çəkə bilər”, – deyə diplomat qeyd edib./unikal