Aİ səfirləri bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə “Euractiv” portalı mənbəyə istinadən bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası Rusiyanın qazıntı yanacağından imtinanı sürətləndirmək niyyətindədir və bu məqsədə çatmaq üçün sanksiyaların tətbiqini ən yaxşı yol hesab edir.
Növbəti addım Rusiya qazının tədarükünə məhdudiyyətlərin tətbiqi ola bilər.
Yeni sanksiyalar paketinə mövcud məhdudiyyətlərin pozulmasına nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlərin, Rusiya bankları, enerji şirkətləri və kölgə donanmasına qarşı məhdudiyyətlərin, eləcə də üçüncü ölkələrə yönəlmiş ixrac məhdudiyyətlərinin daxil edilməsi planlaşdırılır.
Bundan əlavə, Aİ rusiyalılara turist vizalarının verilməsi qaydalarını da sərtləşdirə bilər.