!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aleksandr Novak: “Natiq Əliyev öz işini ürəkdən sevən əsl peşəkar idi”

!Reklam – Yazi

İyunun 11-də Rusiyanın energetika naziri Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti II Fəxri xiyabanda dəfn olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib. Mərhum nazirin məzarı önünə əklil və çiçəklər qoyulub.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, rusiyalı nazir jurnalistlərə açıqlamasında mərhum Natiq Əliyev haqqında xatirələrini bölüşüb.

“Dostum, Azərbaycanın energetika naziri Natiq Əliyevin həyatdan vaxtsız gedişi barədə xəbər məni dərindən sarsıtdı. Mən onu öz peşəsini sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev energetikanın, neft-qaz sahəsinin, elektroenergetikanın bütün məsələlərindən peşəkarcasına baş çıxarır, Azərbaycanda energetikanın inkişafı, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün xeyli işlər görmüşdü.. Biz MDB-nin Elektroenergetika Şurasında birgə işləyirdik. Mənim onunla çox yaxşı münasibətim var idi. Əlbəttə, böyük dost itkisi bizim üçün kədərli hadisədir”, – deyə rusiyalı nazir bildirib.

Yenicag.az

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv