Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.

Dövlət imtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Yeniçağ.az

www.yenicag.az

426