Ali Radanın deputatı dövlətə xəyanətdə ittiham edildi

media-hightechnic-468x90

Ali Radanın deputatı Yevgeni Şevçenkoya dövlətə xəyanət şübhəsi barədə bildiriş təqdim edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət İstintaq Bürosunun teleqram kanalında bildirilib.

Bildirilib ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub.

“Deputat Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı müdaxiləsindən əvvəl başlayıb. Belə ki, 2021-ci ildə o, Belarus ərazisindən Rusiyanın tam miqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar yayıb”, – bildirilib.

Bundan əvvəl deputat ona qarşı açılan işi “Zelenskinin qisası” adlandırmışdı./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600