Alman deputatdan qəribə açıqlama: "Qərb üçün ən böyük təhdid Rusiya yox, elitalardır"

media-hightechnic-468x90

Almaniya Bundestaqının “Almaniya üçün Alternativ” Partiyasından olan deputatı Mattias Muzdorf qəribə açıqlaması ilə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı demokratiyanın təhdid altında olduğunu deyib.

“Avropadan dünyaya demokratiya gətirdik. İndi isə onu itiririk. ABŞ vitse-prezidenti Vens Münhen konfransında Avropada əsas təhlükənin guya Rusiyadan, Çindən və ya başqa xarici qüvvələrdən gəldiyinin düşünüldüyünü qeyd etdi. Amma bu belə deyil. Ən ciddi təhlükə daxildən – elitalardan gəlir.”

Deputat vurğulayıb ki, bu elitalar vətəndaşların fikirlərini sərbəst ifadə etməsinə imkan vermir, senzura tətbiq edir və qərarları qapalı qapılar arxasında qəbul edirlər. Onun fikrincə, Qərb artıq sosial inkişafda aparıcı qüvvə olmaq rolunu itirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600