!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alovlanan münaqişə ocaqları: "Qərb Serbiyaya qarşı təcavüz həyata keçirəndə Yeltsin Rusiyası..."

!Reklam – Yazi

“Çinin Rusiya kimi Qərbdən iqtisadi asılılığı böyükdür. Çin Rusiya kimi səfehcəsinə Qərblə qarşıdurmaya getməz”.

Bunu son günlər dünyadakı münaqişə ocaqlarının yenidən alovlanmasını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə Serbiya ilə Kosovo arasındakı gərginlikdə Rusiyanın iştirakının olmadığını söyləyib:

“Bütün münaqişələrin səbəbini Rusiyada axtarmaq düzgün deyil. Rusiya, təbii ki, Serbiya ilə yaxındır. İmkanı daxilində onu müdafiə edir. Ancaq Serbiya ilə Kosovo arasındakı münaqişənin səbəbi odur ki, Kosovo Serbiya sənədlərinin ləğv olunmasını elan edib. Qərbin Kosovanı Serbiyadan qoparıb müstəqil dövlət elan etməsindən sonra Serbiya elan etmişdi ki, Kosovo ərazisində qalan serblərin Serbiya sənədlərindən istifadə etmək hüququ var. İndiyə qədər də bu hüququ tanıyırdılar. Birdən-birə Kosova hökuməti Serbiya sənədlərini tanımadığını elan etdi. Serblər buna etiraz edir. Burada Rusiyanın bir o qədər də müdaxiləsi yoxdur. Serbiya Rusiyanın Ukraynadakı işğalçı siyasətini haqsız olaraq müdafiə edir. Serbiya münaqişəsi ilə Rusiya arasında bilavasitə əlaqə yoxdur. Əslində, Qərb Serbiyaya qarşı təcavüz həyata keçirəndə Yeltsin Rusiyası tamamilə bitərəf mövqe tutmuşdu”.

Çinlə Tayvan arasındakı məsələlərə gəldikdə isə politoloq bunları qeyd edib:

“ABŞ 1973-cü ildə Çinlə münasibətləri tənzimləyəndə elan etmişdi ki, bir Çin siyasətini tanıyır, o da paytaxtı Pekin olan Çin Xalq Respublikasıdır, Tayvanda yerləşən Çini tanımır. Diplomatik əlaqələri, səfirliyi yoxdur. Ancaq ticari əlaqələri və nümayəndəliyi var. Çin əgər deyirsə ki, Tayvanı qaytarmaq istəyirəm, bu onun hüququdur. Biz 27 il gözləyib Qarabağı qaytardıq. Çin bunu hansı yolla edəcək, bilmirik. İki variant var. Birincisi, hərbi, ikincisi, diplomatik yolla – Honq Konqu qaytardığı kimi. Hesab edirəm ki, ikinci variant baş verəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv