Tarixə yazılan ZƏFƏR PARADI: "44 günlük müharibədə Koçaryan və Sarkisyan qalib Azərbaycan qarşısında diz çökdü"

media-hightechnic-468x90

“44 günlük müharibədə məhz Koçaryan, Sarkisyan qalib Azərbaycan qarşısında diz çökdü.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-761efc84173468197268602566910599148

Deputat, Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın illər əvvəl Azərbaycan haqqında hazırladıqları planların, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi iradəsi ilə suya düşdüyünü bildirib:

“Azərbaycan böyük zəfərdən sonra keçirdiyi bütün paradlarla dövlətin gücünü nümayiş etdirib. Zəfərin 5-ci ildönümünə həsr olunmuş paradda cənab Prezident bu dəfə də 44 günlük müharibədən əvvəlki vəziyyəti və qələbədən sonra yaranmış yeni reallıqları dünyaya bəyan etdi. Bildirdi ki, məhz Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsi müharibəni şərtləndirdi. Cənab Prezident bir daha 44 günlük Vətən müharibəsi zamanı Ermənistan rəsmilərinin populist bəyanatlarını xatırlatdı. Tanklarla Bakıya gəlmək, burada çay içmək istəyənlərin məkrli niyyətinin gözündə qaldığını vurğuladı.”

Könül Nurullayeva müharibə zamanı erməni əsgərlərinin postlarını tərk etdiklərini və fərarilik etdiklərini vurğulayıb:

“44 günlük Vətən müharibəsində hərbi əməliyyatların gedişi, döyüş meydanında baş verən reallıqlar göstərirdi ki, ‘Dəmir yumruq’la başı əzilən düşmən tanklarını qoyub qaçır, postları tərk edir, fərarilik etmək istəyən əsgər və zabitlər zorla kazarmalara qandallanırdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan əsgəri, düşmənə məxsus hərbi texnikaları da qənimət götürürdü. Biz bu qənimətləri ilk dəfə kütləvi şəkildə 5 il əvvəl – Bakıda keçirilən Zəfər paradında gördük. 5 ildir həmin texnikalar Hərbi Qənimətlər Parkındadır. Açıq səma altında salınan nadir park Azərbaycanda ilk təcrübədir və burada düşmənin 30 il ərzində qurduğu müdafiə xətlərinin necə yarılması, hərbi resursların necə məhv edildiyini təsəvvür etmək mümkündür. Yəni burada Azərbaycan Ordusunun gücü bir daha aydın görünür.

Azərbaycanın həyata keçirdiyi düzgün hərbi strategiya, düşmənin bütün istehkamlarını, müdafiə xətlərini darmadağın etməyə imkan verdi. Cənab Prezidentin də söylədiyi kimi, ‘biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik.’

44 günlük müharibədə məhz Koçaryan və Sarkisyan qalib Azərbaycan qarşısında diz çökdü. Baxmayaraq ki, müharibə zamanı onlar gizlənmişdilər, amma bu məğlubiyyət onların idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan kimi qələbədən sonra azad olunmuş ərazilərimizə səfər zamanı da bəyan etmişdi ki, Xocalı cəlladları, cinayətkar Köçəryan-Sarkisyan cütlüyü miskin həyatlarının sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqlar.”

Deputat qeyd edib ki, 44 günlük müharibədə məhz Sarkisyan-Köçəryan terrorist cütlüyü məğlub olub:

“Cənab Prezident haqlı olaraq Serj Sarkisyanı fərari adlandırmışdı. Bildirmişdi ki, müharibə zamanı Serjik Xankəndiyə soxulsa da, Azərbaycan Ordusunun gücünü gördükdən sonra dərhal oradan qaçmışdır. Bir sözlə, müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan-Robert Koçaryan kimi hərbi canilərdir.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa