!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

AMB Prezidenti bədbin danışdı: İnflyasiya hara gedir?

!Reklam – Yazi

Yüksək inflyasiya, qaz təchizatında fasilələr, qlobal tələbatın azalması və qeyri-müəyyənliklər səbəbindən qarşıdakı rüblərdə iqtisadi fəallığın əhəmiyyətli dərəcədə yavaşlaması gözlənilir.

Yenicag.az “Habertürk”ə istinadən bildirir ki, bu barədə Avropa Parlamentinin İqtisadi və Maliyyə Məsələləri Komitəsinin “Monetar Dialoq” sessiyasında çıxış edən Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard məlumat verib.

Onun sözlərinə görə, inflyasiya hələ də çox yüksəkdir. İqtisadiyyatın 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə 0,9 faiz, 2024-cü ildə isə 1,9 faiz böyüməsi gözlənilir. Bununla yanaşı, avronun dəyər itirməsi inflyasiya təzyiqlərinin artmasına səbəb olub. Bu, vətəndaşların və həyatın hər aspektinə təsir edir.

Laqard enerji və ərzaq inflyasiyasının həddindən artıq yüksək olaraq qaldığını və bunun ümumi inflyasiyanın səviyyəsini artırdığını bildirib.

Yüksək enerji xərclərinin təsiri ilə qiymət təzyiqlərinin daha çox xidmət sektoruna təsir etdiyini açıqlayan Laqard: “İllik inflyasiyanın 2022-ci ildə 8,1, 2023-cü ildə 5,5 faiz, 2024-cü ildə isə 2,3 faiz olacağı gözlənilir. Vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır”, – deyə vurğulayıb.

Gülşən

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv