!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ambassador”un menecerinin cinayət işi icraata götürüldü - Azyaşlı qıza qarşı seksual hərəkət...
 

!Reklam – Yazi

Azyaşlıya qarşı seksual xarakterli əməllərə yol verməkdə təqsirlənirilən otel rəhbərinin oğlunun cinayət işi Nəsimi rayon Məhkəməsinin icraatına qəbul edillib.

Yenicag.az xəbər verir ki, zərərçəkən şəxsin qanuni nümayəndəsi onlarla qonşuluqda yaşayan “Ambassador” otelinin marketinq üzrə meneceri (həmin otelin rəhbərinin oğlu), 26 yaşlı Əhmədov Nəriman Asif oğlunun yetkinlik yaşına çatmayan qız ilə cinsi münasibətdə olması və azyaşlıya qarşı seksual xarakterli hərəkətlərə yol verməsi ilə bağlı təqsirləndirilməsinə dair fikirlərini açıqlanıb (Zərərçəkən şəxsin qanuni nümayəndəsinin bu hadisə ilə bağlı əvvəlki müraciətləri kütləvi informasiya vasitələrində əks olunub).

O bildirib ki, təqsirləndirilən şəxsin xüsusi imtiyazlara malik olduğu “Ambassador” oteldə sözügedən cinayət əməlini törətməsini ehtiva edən kifayət qədər sübutlar var. Bu sübutlar fonunda təqsirləndirilən şəxsin valideyinlərinin istər təhdidləri, istərsə də ələalma cəhdləri heç bir nəticə verməmiş və verməyəcəkdir. O, qeyd edib ki, mənəvi olaraq ağır sarsılmış bir tərəf olaraq təqsirləndirilən şəxsə ciddi cəza veriləcəyinə dair ədalət mühakiməsinin qanuniliyinə inanır.

Zərərçəkən şəxsin qanuni nümayəndəsi sözügedən məsələ ilə bağlı bütün rəsmi qəbullarda (həm ölkəmizin 1-ci Vitse Prezidenti möhtərəm Mehriban Əliyevanın tabeliyində olan vəzifəli şəxsin, həm Milli Məclisin Vitse-spikerinin və həm də digər vəzifəli şəxslərin) olarkən təqsirləndirilən şəxsin qanunsuz əməlləri ilə bağlı sarsıntılarına və müraciətlərinə həssaslıqla yanaşıldığını, həmin müraciətlərinin ciddi araşdırılması üçün dərhal aidiyyəti hüquq mühafizə orqanına göndərildiyini xüsusi qeyd edib.

Zərərçəkmiş azyaşlının hüquqlarını müdafiə edən vəkil Elnur Nəcəfov sözügedən cinayət işinin təfərüatları ilə bağlı açıqlama vermədən bu kimi cinayətlərlə bağlı ümumi fikirlərini qeyd edib.

O bildirib ki, Azərbaycan mənəvi dəyərlərə böyük önəm verən bir dövlətdir. Cinayət qanunvericiliyimiz ilə müəyyən edilmiş yaş həddinə çatmayan azyaşlı ilə cinsi əlaqənin olması və ya hər hansı bir seksual xarakterli hərəkətlərin edilməsi faktı qanunla cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməldir. Bu kimi əməllər təqsirli olaraq istər zorakılıq əlamətləri ilə, istərsə də azyaşlının emosional vəziyyətindən sui-istifadə etməklə törədilsin cinayət hesab olunur.

Məlumdur ki, vətəndaşlarımızda istər təhsil müəssisələrində pedaqoq¬ların, istər yaşayış yerlərində qonşuların, istərsə ailə münasibətlərində qohumların onların azyaşlı övladları ilə ünsiyyətdə olma imkanlarından xoşagəlməz məqsədlər üçün yararlanmayacaqlarına dair inam vardır.

Cəmiyyətimiz bu inam hisslərinə böyük əhəmiyyət verir və bu hisslərin sarsıdılmasına yönələn hər hansı bir əməllə bağlı qanunvericiliyimizin sərt yanaşması da təbii ki normal haldır.

Vəkil Elnur Nəcəfov bildirmişdir ki, zərərçəkmiş azyaşlının valideyinin təqsirli şəxsin müəyyən edilərək cəzalandırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciətləri bütün hallarda ciddi nəzarətə götürülmüş, cinayət işinin ibtidai istintaqı nəzarət qaydasında Bakı şəhər Baş Polis İdarəsinin istintaq şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam əməl olunmaqla aparılmış və müvafiq ittiham aktı tərtib olunaraq hüquqi qiymət verilməsi üçün aidiyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilib.

Sözügedən məsələ saytımızın diqqətində saxlanılacaq və cinayət işinin məhkəmədə gedişatı ilə bağlı əlavə məlumat veriləcəkdir.

www.yenicag.az

2002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv