Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Amerikada çox cılız siyasətçilər nəsli yetişib” – Millət vəkili

Reklam: High Technic

“Ağ Evin ram etmək istədiyi ölkələrə qarşı iqtisadi hücumu heç bir nəticə verməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Rusiya, Türkiyə və İrana qarşı iqtisadi təzyiqlərini dəyərləndirən deputat Araz Əlizadə deyib.

Araz Əlizadənin sözlərinə görə, adları çəkilən ölkələrin iqtisadi resursları onların ABŞ sanksiyalarına davam gətirmələri üçün yetərlidir:

“Trampın hakimiyyətə gəlişindən sonra Amerika özünün dollar adlı silahını işə salaraq, bütün dünyanı şantaj və təhdid etməkdədir. Yaxın vaxtlara qədər Amerikanın hədəfində əsasən, Rusiya idi.

Tramp dönəmində isə Rusiya ilə yanaşı İrana qarşı da Vaşinqtonun sərt xətti bərpa edildi, həmçinin Türkiyəyə qarşı da təzyiqlər artdı.

Amerikanın bu ölkələrə qarşı tətbiq etdiyi sanksiyaların Ağ Evin istədiyi nəticəni verəcəyini düşünmürəm. Çünki Rusiya zəngin təbii sərvətlərə, özünə görə ciddi iqtisadi potensiala malikdir. Ona görə də bu sanksiyalarla Rusiyanı sıradan çıxarmaq çətin məsələdir.

Eyni sözləri İran haqqında da deyə bilərik. Bu ölkə 1979-cu ildə baş vermiş İslam İnqilabından sonra beynəlxalq sanksiyalara məruz qalmaqdadır. Ancaq gördüyünüz kimi, İran nəinki çökmədi, əksinə, xeyli gücləndi. Çünki kifayət qədər təbii imkanlara malikdir.

Son illərdə aralarında yaranan ziddiyyətlər nəticəsində ABŞ NATO üzrə müttəfiqi olan Türkiyəni də hədəfə götürüb, ona qarşı iqtisadi təzyiqlərini gücləndirib. Ancaq hesab edirəm ki, Rusiya və İrandan fərqli olaraq, Türkiyənin Amerika ilə dil tapmaq imkanları yüksəkdir.

Ancaq bütün hallarda deyə bilərik ki, Ağ Evin ram etmək istədiyi bu ölkələrə qarşı iqtisadi hücumu heç bir nəticə verməyəcək

Ümumiyyətlə, Amerikada çox cılız siyasətçilər nəsli yetişib”.

A.Zeynalov

www.yenicag.az

3506
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS