!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amiliyə cavab verən Heydər Oğuz ölümlə təhdid edildi: "Bu heç bir işə yaramamaqla yanaşı..." - AÇIQLAMA / FOTO

!Reklam – Yazi

Azərbaycan haqqında hədsiz açıqlamalar verən Ərdəbil imam-cüməsi Ayətullah Seyid Həsən Amiliyə cavab verən və İranda SEPAH-ın diqqətini də özünə çəkən “Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz ölümlə təhdid edilib.

Yenicag.az xəbər verir ki, bu barədə heydər Oğuz “Facebook” hesabında paylaşım edib.

Baş redaktor qeyd edib ki, Həmid Məcidi adlı sosial şəbəkə istifadəçisi ona ABŞ hərbçisinin Qətərdə qətlə yetirilməsi ilə bağlı xəbər göndərərək başqa heç nə yazmayıb. Heydər Oğuz bunu, “Qətərə belə əlimiz çatır, Bakıya da çatar”, – mesajı kimi qəbul edib.

Heydər Oğuz həmin mesaja belə cavab yazıb:

“Bunu mən də bilirəm və xüsusi mesaja ehtiyac yoxdur. Amma bu cür mesajlar göndərənlər bir məqamı unurdurlar ki, istənilən dövlətin və fərdin qırmızı cizgiləri var. El arasında buna “bıçağın sümüyə dayanma nöqtəsi” də deyirlər. Bıçaq sümüyə dayananda isə hədə-qorxular, təhdid mesajları nəinki qarşı tərəfi susdurmur, əksinə, onun etiraz səsini ucaldır. Nəticədə təhdid heç bir işə yaramamaqla yanaşı, əksər hallarda barmaq silkələyənlərin öz əleyhinə çevrilir.

Üstəlik, Azərbaycanla Qətərin müqayisə edilməsi yanlışdır. Qətərdə öldürülən ABŞ hərbçisi ilə öz ölkəsinin ərazi bütünlüyünü dəstəkləyən və qonşularından da buna hörmət göstərilməsini gözləyən mülki vətəndaşın statusu eyni deyil. Biri işğalçı, digəri isə özünün və dövlətinin ən fundamental hüququnu əldə etməyə çalışan insan qismindədir, dolayısıyla tam haqlı mübarizə cizgisindədir. Haqlı savaşlar isə sonunda mütləq qələbə çalır. Təbii ki, hər bir qələbənin bir bədəli də var və bütün ölkələr bunu ödəməyə hazır olmalıdırlar və olurlar da.

Qonşularına heç bir təsir imkanı və pulundan başqa heç nəyi olmayan Qətər torpağı işğal ordusu komandirinin tökülən qanını rahatlıqla sinəsinə çəkə, uda bilər. Amma Azərbaycanda haqsız yerə qan tökmək istəyənlər isə özləri qanda boğularlar. Həm də təkcə Azərbaycanda yox, elə öz ölkələrində də.

Ölkəmizə barmaq silkələyənlər bizi və özləri ilə yanaşı, bütün regionu qana çalxalamaq əvəzinə, Azərbaycanın təklif etdiyi təklifləri yenidən gözdən keçirsinlər. Prezident İlham Əliyevin 3-lü, 4-lü və 6-lı ittifaq çərçivəsində birgə fəaliyyət təklifi bütün tərəflərə sülh, tərəqqi və iqtisadi inkişaf fürsəti təqdim etdiyi halda, mütləq qana çalxanmağa həvəslənmək rasional ağlın məhsulu deyil və heç kimə fayda gətirməz.

Uçurum qarşısında dayanan hər kəs son addımı atmadan bir neçə dəfə düşünsün. Əks halda, bir daha düşünməyə macal qalmaya bilər”.

www.yenicag.az

866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv