!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA işçi axtarır

!Reklam – Yazi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, bir ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

İşə qəbul üçün coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və “MS office” proqramlarının olması mütləqdir.

Seçim zamanı “ArcGİS” proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcək. Qeyd edilən vakant vəzifələr agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.

Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv