ANAMA yeni vakansiya elan etdi

media-hightechnic-468x90

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə ehtiyat siyahısının yaradılması məqsədi ilə dövlət orqanlarında nəqliyyatın və təsərrüfatın idarə edilməsi istiqamətləri, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, sahə üzrə 10 il, rəhbər vəzifədə 5 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.

Bu barədə Yenicag.az-a ANAMA-dan məlumat verilib.

“Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 15 iyul tarixinədək həyata keçiriləcək”, – məlumatda qeyd edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600